16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək
Tarix: 23-10-2019 15:33 | Bölmə: Dünya
ABŞ Suriyadan çıxartdığı hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək

ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək.

Bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib.

“Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qatara göndəriləcək”, - deyə o, qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}