Sultan boşandığı arvadının uşağının özünə bənzəmədiyini deyir - Fotolar
Tarix: 05-11-2019 18:35 | Bölmə: Dünya
Sultan boşandığı arvadının uşağının özünə bənzəmədiyini deyir

Keçmiş Malayziya kralı evləndiyi “pis və qisasçı” rus gözəllik kraliçasına cavab zərbəsi endirib.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, o, körpəsinin şəkillərinin bioloji ata olduğunu sübut etmədiyini bildirib.

50 yaşlı Kelantanlı sabiq kral – Sultan V Məhəmməd fotoşəkillərdəki uşağın “istənilən Asiya kişisinin oğlu” ola biləcəyini düşünür.

Bu ilin əvvəlində Malayziya taxtından imtina edən kral tanımadığı uşağın eksklüziv şəkillərini araşdırır.

Sultan boşandığı arvadının uşağının özünə bənzəmədiyini deyir

Keçmiş arvadı 27 yaşlı Oksana Voyevodina oğlanın onun olduğunu, kral qanına sahib olduğuna israr edir. Bundan əlavə, o, iddiasını sübut etmək üçün DNT testi təklif edib və Sultanı ata elan etmək üçün Moskvada məhkəməyə üz tutub.

Sultan boşandığı arvadının uşağının özünə bənzəmədiyini deyir

Beş aylıq körpə İsmail Leon haqqında “atasına bənzəyir“ deyərək, oğluna 2018-ci ilin iyun ayında İslami nikahından sonra Avstraliyada paylaşdıqları tətildə boylu qaldığını bildirir. Lakin eks-monarx Oksanaya qarşı cavab tədbirləri hazırlayır.

Sultan uşağın ona oxşamadığını deyir: “Onunla evlənmək həyatımın ən böyük səhvi idi”.

Sultan boşandığı arvadının uşağının özünə bənzəmədiyini deyir

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər