16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək
Tarix: 24-01-2020 18:02 | Bölmə: Dünya
Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək

Çinin Uhan şəhərində koronavirus (2019-nCoV) daşıyıcıları üçün ayrıca xəstəxananın tikintisinə başlanılıb.

Bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Bildirilib ki, tikinti işlərinin 6 günə başa çatdırılacağı planlaşdırılır. 1000 çarpayılıq üçün nəzərdə tutulan xəstəxananın sahəsi 25000 m² olacaq.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}