İranda daha bir vəzifəli şəxs virusa yoluxub
Tarix: 03-03-2020 17:03 | Bölmə: Dünya
İranda daha bir vəzifəli şəxs virusa yoluxub

İran Təcili Tibbi Yardım Xidmətinin başçısı Pirhüseyn Kulivənd koronavirusa yoluxub.

Məlumatı İran Təcili Tibbi Yardım Xidmətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, P.Kulivənd virusa yoluxduqdan sonra müalicə olunur: “O, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə koronavirusdan ölənlərin sayının 77 nəfərə çatdığını bildirib.

Onun sözlərinə görə, daha 835 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 336 nəfərə çatıb. Bu günədək 435 nəfər isə koronavirusdan sağalıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}