10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

“Nyu-York Tayms”: “Repressiya Putinin yeganə üsuludur”
Tarix: 23-01-2021 23:17 | Bölmə: Dünya

“Aleksey Navalnı Rusiyaya ayaq basan kimi həbs ediləcəyini bilirdi. O, bunun nə demək olduğunu yaxşı anlayırdı, xəyallara qapılmamışdı”. Reyting.az xəbər verir ki, ABŞ-ın “Nyu-York Tams” qəzetinin redaksiya heyəti adından çap etdiyi məqalədə belə deyilir.
Yazıda xatırladılır ki, Navalnı ötən ilin avqust ayından Almaniyada müalicə olunurdu: “Çünki prezident Vladimir Putinin siyasi başkəsənləri onu zəhərləmişdilər və yalnız ona görə öldürə bilmədilər ki, pilot vaxtında təyyarənin istiqamətini dəyişib Omska endi, orada həkimlər Almaniyaya təxliyyə olunana qədər Navalnının həyatda qalmasına çalışdılar.
Taleyin ironiyasına bax: Navalnı bazar günü Rusiyaya dönəndə də onun olduğu təyyarənin istiqaməti dəyişdirildi. Amma bu dəfə bunu Navalanının təyyarəsinin enməli olduğu Moskva aeroportunda onu gözləyən kütlədən qorxmuş Rusiya hakimiyyətinin özü etdi.
Navalnı bilirdi ki, onu tutacaqlar, çünki bunadək onu bir neçə dəfə həbs etmişdilər. Repressiya – Putinin bildiyi yeganə üsuldur. Ancaq Putin sosial şəbəkələr erasında saxta ittihamlarla həyata keçirilən həbslərin əslində adamları Navalnının ətrafında daha sıx cəmləşdirdiyini, Navalnının Rusiyanı idarə edənlərin ünvanına səsləndirdiyi korrupsiya ittihamlarını gücləndirdiyini də yaxşı başa düşür”.
Yazıda bildirilir ki, bu ilin sentyabrında Rusiyada parlament seçkisi keçiriləcək, ona görə Putinin Navalnını azadlığa buraxıb seçki məntəqələrində müxalif liderlə ədalətli, açıq bir mübarizəyə şərait yaradacağı inandırıcı görünmür.
“O biri yandan Putin Navalnını azad etsə, öz çevrəsinin gözündə zəif siyasətçiyə çevriləcək və daima Navalnın başçılıq etdiyi müxalifətin həmlələrinə məruz qalacaq” – “Nyu-York Tayms”ın redaksiya məqaləsində Navalnının azadlığa buraxılacağına həm də bu səbəbdən inamsızlıq ifadə olunur.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.
Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənən Navalnı həmin gün paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.
Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
Yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi şərti həbs cəzası qaydalarını pozmaq ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Yanvarın 19-da internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, yanvarın 23-də etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın paytaxt Moskva da daxil olmaqla bir çox şəhərində Navalnının azadlığa buraxılması tələbi ilə aksiyalar start götürüb.
Aleksey Navalnı Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.(Novator.az)
Bölməyə aid digər xəbərlər

17-10-2025, 19:17
Macarıstan Putini həbs etməyəcək
17-10-2025, 19:11
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
17-10-2025, 08:42
İsrail Livana 10-dan çox hava zərbəsi endirib
17-10-2025, 08:18
Farac Rusiya təyyarələrini vuracağına söz verib
16-10-2025, 13:13
Tramp: Hindistan Rusiyadan neft almayacaq
16-10-2025, 12:54
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
16-10-2025, 12:12
Ukraynaya yenidən hücum olub, dağıntılar var
16-10-2025, 10:55
İsveç donanması Rusiya sualtı qayığını Baltikdə təqib edir
16-10-2025, 09:04
Maduro MKİ-nin çevriliş planlarını pisləyib
16-10-2025, 08:47
Tramp bu gün bəyanat verəcək
15-10-2025, 23:30
Ermənistanın Araqatsotn yeparxiyasının 13 ruhanisi saxlanılıb
15-10-2025, 17:31
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
15-10-2025, 16:36
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
15-10-2025, 14:25
Ukrayna neft terminalını yenidən vurub
15-10-2025, 10:46
Yeni silah Rusiya və Çini təşvişə sala bilər
15-10-2025, 08:58
Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb
15-10-2025, 08:27
Pakistan Əfqanıstanın mövqelərinə zərbələr endirib
14-10-2025, 19:17
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
14-10-2025, 17:02
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
14-10-2025, 16:22
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
14-10-2025, 16:09
Enerji problemi Avropanı narahat edir
14-10-2025, 15:57
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
14-10-2025, 11:36
Ruslar Kirovoqrada hücum edib
14-10-2025, 09:11
Sarkozi cəzasını "Sante"-də çəkəcək
14-10-2025, 08:03
Çin ABŞ-la sona qədər mübarizə aparacaq
13-10-2025, 17:14
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
13-10-2025, 17:03
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
13-10-2025, 16:53
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
13-10-2025, 14:58
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
13-10-2025, 12:53
Milyonlarla insan qaranlıqda qalıb
13-10-2025, 12:09
Əfqanıstan-Pakistan qarşıdurmasında çoxsaylı insan ölüb
13-10-2025, 10:38
Ən yaşlı prezident daha 7 il vəzifəsində qala bilər
13-10-2025, 10:33
ABŞ-da təyyarə qəzası baş verib
13-10-2025, 09:06
Girovların xilas edilmə anı canlı yayımlanacaq
13-10-2025, 08:21
İsrail PUA-ları Dəməşqdəki hərbi mövqelərə zərbələr endirib
11-10-2025, 23:11
Əfqanıstan-Pakistan sərhədində silahlı toqquşma baş verib
10-10-2025, 13:21
ABŞ hipersəs silahlarının yerləşdirilməsində Rusiya və Çinə uduzur
10-10-2025, 12:27
Zelenski genişmiqyaslı hücumla bağlı bəyanat verib
10-10-2025, 12:17
İsrail ordusu Fələstin ərazilərini tərk edir
10-10-2025, 08:41
Kim Çen In: Şimali Koreyanı “sosialist cənnətinə” çevirəcəyəm
10-10-2025, 08:02
Berlində İşıq Festivalı keçirilir
10-10-2025, 07:56
Qərb ölkəsinin səfiri Tbilisini Rusiya ilə müharibəyə çağırıb
9-10-2025, 18:19
PKK/YPG atəşkəsi 10 dəfədən çox pozub
9-10-2025, 17:13
Rusiyada 2875 nəfərin vətəndaşlığı ləğv edilib
9-10-2025, 16:53
Kiyevdə müharibəyə qarşı daimi sığınacaqlar tikilir
9-10-2025, 15:28
Macarıstanın mövqeyi dəyişir, Slovakiya isə…
9-10-2025, 14:43
Çin ABŞ-a əsas təzyiq rıçaqlarını işə salır
9-10-2025, 14:30
Rusiyanın mühüm infrastrukturuna zərbələr endirilib
9-10-2025, 08:50
Makron diqqəti daxili siyasətdən yayındırır
9-10-2025, 07:46
Netanyahu və Tramp “emosional” söhbət ediblər