17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İranda seçkilər: “Namizədliyimi tankla təsdiqlədəcəyəm!”
Tarix: 12-05-2021 19:17 | Bölmə: Dünya
İranda seçkilər: “Namizədliyimi tankla təsdiqlədəcəyəm!”

Bu gün İranda prezidentliyə namizədlik üçün sənədlərin qəbulunun 2-ci günü qeyri-adi hadisə baş verib.

Reyting.az
“Ruyidad 24”-ə istinadla xəbər verir ki, keçmiş hərbçi Xeyrullah Hacızadə seçkilərdə iştirak üçün sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.

Dörd dəfə namizədlərin siyahısını yoxlayan Nəzarətçilər Şurası onu diskvalifikasiya edib və beşinci dəfə qeydiyyatdan keçməyə cəhd edən Xeyrullah Hacızadə ilk açıqlamasında hamını təəccübləndirib.

Sənədlərini verdikdən sonra o bildirib ki, bu dəfə diskvalifikasiya edilsə, “Nəzarətçilər Şurasının qarşısına tankla gedəcəyəm!”





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}