17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistan müdafiə nazirinin birinci müavini vəzifədən azad olunub
Tarix: 02-08-2021 13:42 | Bölmə: Dünya
Ermənistan müdafiə nazirinin birinci müavini vəzifədən azad olunub

Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan vəzifəsindən azad edilib.

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.

Xatırladaq ki, A. Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin edilmişdi. Bundan əvvəl isə o, Baş Qərargah rəisinin müavini vəzifəsində çalışırdı.

Arşak Karapetyan həm də istefa verən müdafiə naziri Vaqarşak Harutyunyanın səlahiyyətlərini icra edirdi/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}