Gürcüstan vətəndaşlarının 15 faizi Azərbaycanı ən mühüm siyasi tərəfdaşı hesab edir
Tarix: 02-08-2021 18:38 | Bölmə: Dünya
Gürcüstan vətəndaşlarının 15 faizi Azərbaycanı ən mühüm siyasi tərəfdaşı hesab edir

Gürcüstanda rəyi soruşulanların 15 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.

Bu, Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğsunun nəticələrində əks olunub.

Respondentlərin 60 %-i ABŞ-ı, 56 %-i Avropa İttifaqı, 32 %-i isə Ukraynanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı adlandırıb.

Türkiyəni ən mühüm siyasi tərəfdaş hesab edən sorğu iştirakçılarının göstəricisi 10 %, Ermənistanı ən mühüm siyasi tərəfdaş kimi görənlərin göstəricisi isə 5 % təşkil edib.

Rəyi soruşulanların 19 %-i Azərbaycanı Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşı kimi dəyərləndirib. Türkiyə ilə bağlı eyni göstərici 22 %, Ermənistanla bağlı isə 4 %-dir.

Sorğu bu ilin iyunun 15-dən 30-dək yaşı 18-dən yuxarı olan 1 500 respondent arasında üz-üzə müsahibə yolu ilə aparılıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}