09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Müdafiə nazirinin keçmiş müavini: “Ordunun pulunu eyş-işrətə xərclədiz!”
Tarix: 09-08-2021 23:54 | Bölmə: Dünya
Müdafiə nazirinin keçmiş müavini: “Ordunun pulunu eyş-işrətə xərclədiz!”

“Müdafiə üçün ayrılan pulların çoxu qadınlar, iş adamları və kabab üçün xərclənib”

Reyting.az
xəbər verir ki, bunu öz Facebook səhifəsində Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yazıb.

"Nikolun bülbültək danışan bir neçə millət vəkilinin fikrincə, xidmət zamanı ac qaldıqları üçün 44 günlük müharibəni uduzublar. Orduda onlar kimi insanlara "bağırsaq" deyirdilər. Qadınlar, iş adamları və kabab üçün müdafiə pulunun böyük hissəsini xərclədiniz, bəs niyə utanmadan təslim olduz?

Siz, ordudan dəm vuran boşboğazlar, vətən xainləri, hanı qurduğunuz ordu, hanı qoruduğunuz Qarabağ, hanı ölən 5 mindən çox oğlan? Onlar sizin fərsiz siyasətinizin qurbanı oldu. Müharibə bitdikdən sonra əsir götürülənlər, məhkumlar haradadır? Çünki hakimiyyət savadsız və bacarıqsız liderlərin əlindədir.

Ar olsun!”, – Artak Zakaryan yazıb.




Bölməyə aid digər xəbərlər