Ermənistanda XİN rəhbəri kreslosu nə vaxt sahibini tapacaq?
Tarix: 11-08-2021 00:36 | Bölmə: Dünya
Ermənistanda XİN rəhbəri kreslosu nə vaxt sahibini tapacaq?

“Ermənistanın xarici işlər naziri yaxın günlərdə təyin olunacaq”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu hakim "Vətəndaş Müqaviləsi" Partiyası fraksiyasının deputatı Eduard Ağacanyan avqustun 10 -da parlamentdə bildirib.

Ermənistan cəmiyyətində sual yaradan səfirlərin son təyinatlarına toxunan deputat, bu təyinatların həm də xarici siyasət sahəsində siyasi məqsədəuyğunluqla əlaqəli olduğunu deyib.

Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin kreslosu 2021-ci ilin may ayının sonundan Ara Ayvazyanın istefa verdiyi vaxtdan boşdur. Onun gedişi qalmaqallı bir bəyanatla yadda qalıb.

"Bu nazirliyin müəyyən bir addım ata biləcəyinə və ya dövlətçiliyimizə, milli və dövlət maraqlarımıza qarşı yönəlmiş təşəbbüsləri təsdiqləyə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün", - deyə o vaxt Ayvazyan öz addımını izah edib.

Hazırda nazir müavini Armen Qriqoryan xarici işlər naziri vəzifəsini icra edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər