Kabildə partlayış: 13 nəfər ölüb, çoxsaylı yaralı var - Yenilənib
Tarix: 26-08-2021 18:25 | Bölmə: Dünya
Kabildə partlayış: 13 nəfər ölüb, çoxsaylı yaralı var

Kabil Hava limanının ətrafında güclü partlayış olub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, qısa fasilələrlə baş verən iki partlayışda 3 amerikalı əsgər yaralanıb.

Məlumata görə, intihar bombası ilə həyata keçirilən partlayışlarda azı 11 əfqan nəfər həlak olub, 20-dək yaralı var.

***

Kabildə hava limanının yaxınlığındakı partlayış nəticəsində 70 nəfər yaralanıb, azı 13 nəfər həyatını itirib.

"Əl-Cəzirə" xəbər verir ki, yaralıların əksəriyyətinin vəziyyəti orta ağır qiymətləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}