21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bayden BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini istəyir
Tarix: 21-09-2022 21:32 | Bölmə: Dünya
Bayden BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini istəyir

“ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır”.

TASS xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, BMT-nin müasir dünyanın tələblərinə daha effektiv cavab verəcək daha əhatəli bir təşkilata çevrilməsinin vaxtı çatıb.

“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Amerika lideri bildirib.

Qeyd edək ki, bu gün yalnız ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Xatırladaq ki, bu təkliflə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə lideri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin vaxtının çatdığını vurğulayıb. “Dünya beşdən böyükdür” - deyən Ərdoğan qeyd edib ki, ötən əsrdən fərqli olaraq hazırda dünyada beynəlxalq vəziyyət dəyişib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər