16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasını yandırıblar
Tarix: 26-04-2023 16:54 | Bölmə: Dünya
Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasını yandırıblar

Rusiya Elm və Mədəniyyət Mərkəzinin Kiprin paytaxtı Lefkoşa şəhərindəki binasını yandırıblar. Şahidlərin dediyinə görə, binaya Molotov kokteyli atılıb.

Reyting.az
-ın TASS-a istinadla verdiyi xəbərə görə, mərkəzin rəhbəri Alina Radçenko deyib ki, əvəlcə iki güclü partlayış olub, divar və dam yanıb. Bundan sonra insanlar təxliyə edilib, polis binanı mühasirəyə alıb və yanğın söndürülüb.

Baş vermiş yanğının səbəbləri araşdırılır.

Onu da qeyd edək ki, Rusiya Elm və Mədəniyyət Mərkəzinin binası 1978-ci ildə tikilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}