12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İdmançını casusluq ittihamı ilə həbs ediblər
Tarix: 30-06-2023 18:01 | Bölmə: İdman / Xəbərlər
İdmançını casusluq ittihamı ilə həbs ediblər

Polşada “Zaqlemba” komandasında çıxış edən rusiyalı xokkeyçi Maksim Sergeyev casusluq ittihamı ilə saxlanılıb. Reyting.az xəbər verir ki, bu barədə Maç.TV-nin redaktorları məlumat yayıb.

“Mən indi orada deyiləm, dəqiq nə baş verdiyini söyləmək çətindir. Onun həqiqətən də saxlanıldığı barədə məlumatlar var”, - Sergeyevin komanda yoldaşı deyib.

Onun sözlərinə görə, xokkeyçi bir neçə gün əvvəl saxlanılıb, lakin bu barədə rəsmi məlumat yalnız bu gün verilib.

Bəzi nəşrlər həbs olunan xokkeyçinin “Zaqlemba”da oynamasından da yazır və həbs olunan şəxsin 20 yaşı olduğunu qeyd edirlər.

“Rzeczpospolita” yazıb ki, həbs edilən şəxsin adı Maksim S.-dir, o, 2021-ci ilin oktyabrından Polşada yaşayır. Sergeyev Polşa klublarında təsvirə - baş hərflərə və yaşa uyğun gələn yeganə rus xokkey oyunçusudur.

Məlumata görə, Sergeyev Moskva vilayətinin Reutov şəhərindəndir. Polşada o, yalnız “Zaqlemba”da oynayıb, bu il xokkeyçi doqquz matçda iştirak edib. Əvvəllər o, “Olimpiets” (Balaşixa), “Spartak” (yeniyetmələr arasında Moskva açıq çempionatında) və “Ximik” klublarında oynayıb.

Polşa Ədliyyə Nazirliyi bu gün rusiyalı xokkeyçin həbs olunduğunu elan edərək, onun bu işdə 14-cü şübhəli olduğunu bildirib. İstintaq hesab edir ki, o, Rusiyanın maraqları naminə tapşırıqları yerinə yetirən casus şəbəkəsinin bir hissəsi olub. Məhkəmə xokkeyçinin qaça biləcəyi barədə prokurorluğun arqumentləri ilə razılaşaraq, həbsinə qərar verib. Onu on ilə qədər həbs gözləyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər