Döyülən hakimin yalanı üzə çıxıb
Tarix: 20-12-2023 14:16 | Bölmə: İdman
Döyülən hakimin yalanı üzə çıxıb

"Ankaragücü"nün baş məşqçisi Emre Belözoğlu klub prezidenti Faruk Kocanın yumruqladığı hakim Halil Umut Melerin ittihamını rədd edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hakimin "mənim döyülməyimi Əmrə təşkil edib" iddiasının yalan olduğunu deyib:

"Bu, yalandır. Əksinə, hadisəni eşidən kimi ortaya çıxıb onu qucaqladım. Daha sonra dəhlizdə üç dəfə ondan baş verənlərə görə üzr istədim. Bundan sonra xəstəxanada ona zəng etdim, lakin məşğul olduğundan köməkçi hakimlə danışdım. O da dedi ki, sən bizə dəstək oldun...".

Xatırladaq ki, Əmrənin bu açıqlamasından az sonra klub onun hakimi dəhlizdə qucaqlayaraq qorumasını təsdiqləyən görüntünü yayıb. Görüntüdən aydın görünür ki, hakim yalan danışıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər