Azərbaycan Kuboku: "Səbail" 1/4 finala vəsiqə qazanıb
Tarix: 20-12-2023 16:00 | Bölmə: İdman
Azərbaycan Kuboku: "Səbail" 1/4 finala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Reyting.az
xəbər verir ki, günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edib.

"ASCO Arena"da baş tutan qarşılaşma "dənizçilər"in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci dəqiqədə Adi Mehremiç fərqlənib.

"Səbail" 1/4 finalda bu gün reallaşacaq "Zirə" - "Turan Tovuz" matçının qalibi ilə üz-üzə gələcək. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}