Cüdoçularımız təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb
Tarix: 15-01-2024 11:16 | Bölmə: İdman
Cüdoçularımız  təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb.

Reyting.az
xəbər verir ki, komanda hazırlığı Soçidə keçəcək.

Yığmanın heyətində 11 cüdoçu yer alıb. Bunlar Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq), Nigar Süleymanova və Elnarə Rəşidovadır (hər ikisi +78 kq).

Yanvarın 19-dək davam edəcək toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər