Türkiyə klubu Emmanuel Boatenqlə anlaşıb
Tarix: 15-01-2024 13:26 | Bölmə: İdman
Türkiyə klubu Emmanuel Boatenqlə anlaşıb

"TÜMOSAN Konyaspor" qanalı yarımmüdafiəçi Emmanuel Boatenqlə anlaşıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Məlumatda deyilir ki, futbolçunun özü ilə danışıqlar müsbət sonluqla yekunlaşıb: "Hazırda qanalı yarımmüdafiəçinin mənsub olduğu İsveçin Elfsborq komandası ilə danışıqlar da bitmək üzrədir. Qanalı futbolçu sağlamlıq müayinəsi üçün Konyaya gəlib. Bu müayinədən sonra rəsmi qərar elan olunacaq".

Xatırladaq ki, 2021-2022 mövsümündə "Elfsborq"a transfer olunan Emmanuel Boatenqin klubu ilə 2025-ci ilə müqaviləsi var.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}