Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb
Tarix: 15-01-2024 15:21 | Bölmə: İdman
Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına başlayıb.

Məlumata görə, “Zaqreb Open” turnirində çıxışını başa vuran komanda hazırlığı ötən il olduğu kimi Poreç şəhərində bir neçə komandanın iştirakı ilə keçir.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında baş tutan hazırlıq prosesinə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) qatılıblar.

Yanvarın 28-dək davam edəcək birgə məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdan gələn Avropa çempionatına və Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər