Türkiyədə saxlanılan israilli futbolçu vətəninə qayıdıb
Tarix: 16-01-2024 00:35 | Bölmə: İdman
Türkiyədə saxlanılan israilli futbolçu vətəninə qayıdıb

Türkiyənin "Antalyaspor" klubunda çıxış edən israilli futbolçu Saqiv Yehezkel Türkiyədə saxlanıldıqdan sonra İsrailə qayıdıb.

Reyting.az
xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.

Qeyd edək ki, yanvarın 14-də Türkiyənin “Antalyaspor” klubunun israilli yarımmüdafiəçisi Saqiv Yehezkel komandasının “Trabzonspor”la oyununda qol vurduqdan sonra qolundakı “100 gün. 7.10” yazısı olan sarğı göstərib və bundan sonra o, “ictimai olaraq düşmənçilik və nifrət salmaq” ittihamı ilə saxlanılıb.

Yanvarın 15-də Türkiyə hakimiyyəti Yehezkelin həbsdən azad edilməsi və ölkədən çıxarılması barədə qərar qəbul edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}