Bakı şəhər qış birinciliyi keçiriləcək
Tarix: 16-01-2024 17:58 | Bölmə: İdman
Bakı şəhər qış birinciliyi keçiriləcək

Respublika Olimpiya Mərkəzində 2007-2008 təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək.

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, turnir yanvarın 18-19-da təşkil olunacaq.

Yarışda 9 idman klubu və cəmiyyətindən 120 nəfərin iştirakı gözlənilir.

Şəhər birinciliyinin proqramına 3 təkanla tullanma, hündürlüyə tullanma, 60 m (s/q da daxildir), 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış, 4x200 m estafet qaçışı daxildir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}