“Qarabağ” və “Sabah” klubları "Şaxtyor"un futbolçusu ilə maraqlanırlar
Tarix: 18-01-2024 11:04 | Bölmə: İdman
“Qarabağ” və “Sabah” klubları "Şaxtyor"un futbolçusu ilə maraqlanırlar

“Qarabağ” və “Sabah” Ukrayna təmsilçisi “Şaxtyor”un futbolçusu Aleksey Kaşukla maraqlanan klublar sırasına qoşulublar.

Məlumata görə, adıçəkilən Azərbaycan komandaları 23 yaşlı yarımmüdafiəçini heyətlərinə cəlb etmək niyyətindədirlər.

İsveçrə təmsilçisi “Bazel” də Kaşukun transferi üçün donetsklilərlə danışıqlara başlayıb. Daha əvvəl isə ukraynalı oyunçunun adı “Neftçi”, Yunanıstanın PAOK və Xorvatiyanın “Hayduk” klubları ilə birgə hallanırdı.

Qeyd edək ki, Aleksey Kaşuk 2022/2023 mövsümündə icarə əsasında “Sabah”ın formasını geyinib. Onun “Şaxtyor”la müqavilə müddəti 2024-cü il iyunun 30-na qədərdir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}