“Səbail” klubu iki hücumçu alıb
Tarix: 18-01-2024 16:40 | Bölmə: İdman
“Səbail” klubu iki hücumçu alıb

“Səbail” klubu iki afrikalı hücumçu transfer edib.

Bu barədə “Report”a Bakı təmsilçisinin baş məşqçisi Şahin Diniyev məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, keniyalı Ayub Masika və qvineya-bissaulu Madi Queta ilə hərtərəfli razılıq əldə olunub. Hər iki futbolçu ilə yaxın müddətdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Madi Queta Portuqaliyanın “Mafra”, Ayub Masika isə Çinin “Nanjinq Siti” klubundan transfer edilib. Hər iki oyunçu ölkəsinin milli komandasının üzvüdür. Queta Portuqaliyanın “Portu”, Masika isə Belçikanın “Genk” klubunun yetirməsidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər