"Beşiktaş" 35 yaşlı futbolçu ilə 1.5 illik müqavilə bağlayıb
Tarix: 24-01-2024 11:55 | Bölmə: İdman
"Beşiktaş" 35 yaşlı futbolçu ilə 1.5 illik müqavilə bağlayıb

"Beşiktaş" prezidenti Hasan Arat ilk transferi həyata keçirib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 35 yaşlı futbolçu Nemanya Matiçlə anlaşıb.

Məlumata görə, Fransanın "Renn" komandasında çıxış edən Nemanya Matiç "Beşiktaş"la 1,5 illik müqavilə imzalayacaq. Onun bu həftə İstanbulda olacağı bildirilir.

Xatırladaq ki, Matiç vaxtilə “Çelsi”, “Mançester Yunayted”, “Benfika”, “Roma” formalarını geyinib. Serbiyalı futbolçu iki dəfə ölkəsində ilin futbolçusu seçilib.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}