Almaniya futbolunda qalmaqal: baş məşqçi məşhur futbolçunu yumruqla vurub
Tarix: 25-01-2024 12:44 | Bölmə: İdman
Almaniya futbolunda qalmaqal: baş məşqçi məşhur futbolçunu yumruqla vurub

"Union Berlin"in baş məşqçisi Nenad Bjelika "Bavariya" ilə matçda rəqib oyunçuya yumruq atıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Bundesliqanın 13-cü həftəsinin təxirə salınmış matçında "Bavariya" "Union Berlin"i 1:0 hesabı ilə məğlub edib. Qarşılaşma zamanı “Union Berlin”in baş məşqçisi Nenad Bjelika 75-ci dəqiqədə meydandan kənara çıxan topu götürməyə gələn Saneni yumruqla vurub.

Bjelikanın hərəkətindən sonra meydanda xaos yaranıb və xorvatiyalı çalışdırıcı qırmızı vərəqə alıb.

Oyundan sonra açıqlama verən Bjelika deyib ki, o, futbolçunu vurmaq istəməyib:

"Mən topu Leroy Saneyə vermək istədim və o, bu zaman məni itələdi. Sonrasında isə mən səhv etdim...".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}