"Qalatasaray"ın oyunçusu "Bavariya"ya yollanır - Transferin 15 faizi Fransa klubuna veriləcək
Tarix: 26-01-2024 12:21 | Bölmə: İdman
"Qalatasaray"ın oyunçusu "Bavariya"ya yollanır - Transferin 15 faizi Fransa klubuna veriləcək

Almaniyanın "Bavariya" komandası "Qalatasaray"ın 23 yaşlı futbolçusunu heyətinə qatmaq üzrədir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Almaniya komandası Saşa Boey üçün İstanbul klubuna 25 milyon avro ödəyəcək.

Məlumata görə, fransız oyunçu bu gün Almaniyaya yola düşür.

Bildirilib ki, sağlamlıq müayinəsindən sonra onunla müqavilə imzalanacaq:

"Qalatasaray" 2021-2022 mövsümünün əvvəlində Saşa Boeyini "Renn" klubundan 1 milyon avroya transfer edib. İndisə futbolçu "Bavariya"ya transfer olunarsa, transfer haqqının 15 faizi Fransa komandasına ödəniləcək. Bu, o vaxtkı müqavilədə qeyd olunub".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}