UEFA Rusiya-Serbiya oyununda problem görmür
Tarix: 28-01-2024 11:17 | Bölmə: İdman
UEFA Rusiya-Serbiya oyununda problem görmür

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin Rusiya və Serbiya yığmaları arasında oyunun keçirilmə ehtimalını dəyərləndirib.

Reyting.az
xəbər verir ki, “The Guardian” UEFA rəhbərindən sitat gətirib:

“Serbiya millisi sizə, mənə və digərlərinə qarşı da oynaya bilər. Qanuna görə, biz heç nə edə bilmərik”.

A. Çeferin futbol oynamaq istəyən komandalarla bağlı problem görmədiyini deyib.

Qeyd edək ki, Rusiya və Serbiya yığmaları arasında görüş martın 21-də Moskvada keçiriləcək. Rusiya və Serbiya futbol ittifaqları görüşün keçirilməsi üçün UEFA-dan icazə aldıqlarını bildiriblər.

Xatırladaq ki, 2022-ci il fevralın 28-də FİFA və UEFA Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər