"Qəbələ" türkiyəli məşqçi ilə anlaşıb
Tarix: 31-01-2024 16:03 | Bölmə: İdman
"Qəbələ" türkiyəli məşqçi ilə anlaşıb

“Qəbələ” klubunun əsas komandasında daha bir təyinat olub.

Reyting.az
xəbər verir ki, Çağlar Volqa komandanın məşqçisi təyin edilib.

Türkiyəli mütəxəssis Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı məşqçinin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}