"Dinamo"nun futbolçusu İsrail klubuna keçib
Tarix: 02-02-2024 19:40 | Bölmə: İdman
"Dinamo"nun futbolçusu İsrail klubuna keçib

Moskvanın "Dinamo" komandasının yarımmüdafiəçi Daniil Lesovoy İsrailin "Makkabi" (Hayfa) komandasına keçib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, rusiyalı yeni klubda icarə əsasında çalışacaq.

Yanvarın 7-də futbolçunun İsrail vətəndaşlığının alınması prosesinə start verilib.

Xatırladaq ki, 26 yaşlı Lesovoy 2020-ci ildən "Dinamo"da çıxış edir. Bu mövsüm o, Rusiya çempionatında səkkiz oyun keçirib, bu oyunda effektli olmayıb.

Onu da qeyd edək ki, Transfermarkt portalı D. Lesovoyun dəyərini 1,8 milyon avro qiymətləndirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}