İdmançı və jurnalistlərin olduğu təyyarə qəzaya uğrayıb
Tarix: 05-02-2024 23:22 | Bölmə: İdman
İdmançı və jurnalistlərin olduğu təyyarə qəzaya uğrayıb

Fiqurlu konkisürmə üzrə məşqçi Tatyana Tarasova və konkisürənləri daşıyan təyyarə qəzaya uğrayıb. Təyyarə Saranskda (Rusiya Federasiyası) uçuş-enmə zolağından çıxaraq qar topasına çırpılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Sport24” saytı məlumat paylaşıb.

Təyyarədə həmçinin Rusiya çempionatında yeniyetmələrlə işləmək üçün şəhərə uçan Aleksey Tixonov, Svetlana Sokolovskaya, şərhçi Aleksandr Qrişin və Rusiyanın Birinci Kanalının əməkdaşları da olub.

Tarasovanın “RİA Novosti”-yə verdiyi məlumata görə, hava limanının xidmətləri qarı təmizləyərkən sərnişinlər ən azı 30 dəqiqə təyyarəni tərk edə bilməyiblər. Sərnişinlərdən biri deyib ki, hamı təyyarəni sağ-salamat tərk edib.

Qeyd edək ki, bundan əvvəl internetdə Rusiyaya məxsus Tu-204 poçt təyyarəsinin Mirnı hava limanında uçuş-enmə zolağından kənara yuvarlanmasının videosu yayılıb. Təyyarədə beş nəfər və 17 ton poçt və yük olub. Kabindəkilərdən heç kim xəsarət almayıb, təyyarəyə ziyan dəyməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər