Azərbaycanın qadın referiləri UEFA-dan təyinat alıblar
Tarix: 06-02-2024 11:58 | Bölmə: İdman
Azərbaycanın qadın referiləri UEFA-dan təyinat alıblar

FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Sevda Nuriyeva UEFA-dan təyinat alıblar.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, hakimlər 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci mərhələsinin oyunlarını idarə edəcəklər.

İrlandiya, Albaniya və İsrail komandalarının yer aldığı B qrupunun matçları fevralın 20-dən 26-dək Albaniyada keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}