UEFA prezidenti növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək
Tarix: 08-02-2024 17:07 | Bölmə: İdman
UEFA prezidenti növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək

UEFA prezidenti Aleksander Çeferin növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək.

Reyting.az
Report”a istiinadla xəbər verir ki, bunu sloveniyalı futbol funksioneri Fransanın paytaxtı Parisdə keçirilən qitə futbol qurumunun 48-ci Konqresində açıqlayıb.

O bildirib ki, 2027-ci ildə hazırkı işinə son qoyacaq: “Koronovirus pandemiyasından, münaqişələrdən, Superliqa kimi cəfəng layihələrdən, özü-özünü təyin edən əxlaqi avtoritetlərdən bezmişəm. Fırtınada gəmini yaxşı idarə etməyi bacaran kapitan olduğum üçün fəxr edə bilərəm. 6 ay əvvəl qərar verdim ki, növbəti seçkidə namizədliyimi irəli sürməyim. Səbəblər arasında təzə qana ehtiyac olması və ailəmə çox vaxt ayıra bilməməyim də var”.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Qitə futbol qurumunda növbəti prezident seçkisi 2027-ci ildə gerçəkləşəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər