14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Avropa Liqası: "Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarılıb
Tarix: 09-02-2024 12:18 | Bölmə: İdman
Avropa Liqası: "Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarılıb

Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manatdır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}