Millətlər Liqası: millimizin oyunlarının təqvimi bəlli olub
Tarix: 09-02-2024 14:04 | Bölmə: İdman
Millətlər Liqası: millimizin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Məlumata görə, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək.

Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq.

Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}