"Beşiktaş" keçmiş oyunçusunu 13 milyon avroya geri qaytarır
Tarix: 02-07-2024 13:53 | Bölmə: İdman
"Beşiktaş" keçmiş oyunçusunu 13 milyon avroya geri qaytarır

"Beşiktaş" "Əl-Nəsr"də oynayan keçmiş futbolçusu Anderson Taliskanı geri gətirməyə hazırlaşır.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Əl-Nəsr" onun üçün transfer haqqı olaraq 13 milyon avro tələb edir.

İddiaya görə, "Beşiktaş" həmin pulu azaltmağa çalışır: "İstanbul klubu nəyin bahasına olursa olsun, keçmiş oyunçusunu heyətinə qatmaq istəyir. Güman ki, buna nail olacaqlar".

Xatırladaq ki, Anderson Taliskan Səudiyyə Ərəbistanının "Əl Nəsr" komandasından ayrılmaq istəyir. Ancaq onun klubla 2026-cı ilə qədər müqaviləsi var.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub