“Sumqayıt” daha bir əcnəbi futbolçu transfer edib
Tarix: 11-07-2024 17:47 | Bölmə: İdman
“Sumqayıt” daha bir əcnəbi futbolçu transfer edib

“Sumqayıt” daha bir əcnəbi futbolçu transfer edib.

Klubun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.

Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı müdafiəçi ilə "1+1" illik anlaşma əldə olunub. Radoviç 3 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov və Fernando Medeyrosun keçidini rəsmiləşdirib.




Bölməyə aid digər xəbərlər