Konfrans Liqası: "Sumqayıt"ın rəqibinin Azərbaycana uçuşu ləngiyir
Tarix: 24-07-2024 13:42 | Bölmə: İdman
Konfrans Liqası: "Sumqayıt"ın rəqibinin Azərbaycana uçuşu ləngiyir

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq Macarıstanın "Fehervar" klubunun oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv edilib.

Reyting.az
xəbər verir ki, buna komandanın Bakıya uçuşunun gecikməsi səbəb olub.

"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi bu gün, saat 19:30-da və 20:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.




Bölməyə aid digər xəbərlər