“Turan Tovuz”la "Kocaelispor”un yoxlama oyunu ləğv olunub
Tarix: 25-07-2024 18:03 | Bölmə: İdman
“Turan Tovuz”la "Kocaelispor”un yoxlama oyunu ləğv olunub

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un qardaş ölkə təmsilçisi "Kocaelispor”la yoxlama oyunu ləğv olunub.

Reyting.az
xəbər verir ki, bu gün keçirilməli olan matç tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.

Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl yoxlama matçlarında Türkiyə təmsilçiləri "Pendikspor" (0:0) və "Adana Dəmirspor"la (3:3) heç-heçə edib.




Bölməyə aid digər xəbərlər