Paris-2024: boks yarışlarının püşkü atılıb
Tarix: 26-07-2024 09:56 | Bölmə: İdman
Paris-2024: boks yarışlarının püşkü atılıb

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb.

Məlumata görə, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Millimiz yarışda 5 kişi boksçu ilə mübarizə aparacaq. Olimpiadada bu növ üzrə döyüşlər iyulun 27-də başlayacaq və avqustun 11-də yekunlaşacaq.

1/8 final

28 iyul

Alfonso Dominqes (92 kq) – Xulio Sesar la Krus (Kuba)

29 iyul

Malik Həsənov (63,5 kq) – Laşa Quruli (Gürcüstan)

Məhəmməd Abdullayev (+92 kq) – Nelvi Tiafak (Almaniya)

30 iyul

Nicat Hüseynov (51 kq) – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

Murad Allahverdiyev (80 kq) – Abdelrahman Abdelqavvad (Misir)




Bölməyə aid digər xəbərlər