17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
III Avropa Oyunlarına yeganə namizəd ölkənin adı müəyyənləşib
Tarix: 06-06-2019 15:48 | Bölmə: İdman
III Avropa Oyunlarına yeganə namizəd ölkənin adı müəyyənləşib

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb.

Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytında verilən məlumata görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq.

Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}