Daha bir idmançımız finala yüksəlib - Moskvada
Tarix: 05-10-2019 18:09 | Bölmə: İdman
Daha bir idmançımız finala yüksəlib

Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Reyting.az
xəbər verir ki, 68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.

Ukrayna əsilli karateçi bazar günü baş tutacaq finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Bu idmançılar da oktyabrın 6-da tatami üzərinə çıxacaqlar.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}