Rusiyada daha bir futbolçu koronavirusa yoluxdu
Tarix: 18-05-2020 15:53 | Bölmə: İdman
Rusiyada daha bir futbolçu koronavirusa yoluxdu

Rusiyanın "Rubin" klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub. 

Məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin testi müsbət nəticələnib.

Rusiyalı oyunçu hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadır. O "Rubin"in digər futbolçuları ilə ünsiyyətdə olmayıb. 

Qeyd edək ki, daha öncə "Lokomotiv"in futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib/Report. 




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər