UEFA yardım fondunu artırdı
Tarix: 01-07-2020 17:27 | Bölmə: İdman
UEFA yardım fondunu artırdı

UEFA quruma üzv olan 55 assosiasiyaya 775,5 milyon avro maliyyə yardımı göstərəcək.

Yardım 2024-cü ilə qədər davam edəcək.

Qurumun milli assosiasiyaların fəaliyyətlərini dəstəkləmək məqsədi ilə 2004-cü ildə başlayan "HatTrick" proqramının detalları bəlli olub.

Avropa çempionatlarından əldə edilən gəlirlərin federasiyalara təqdim edildiyi proqramda beşinci 4 illik period başlayıb. UEFA 2020 - 2024-cü illər arasında 775.5 milyon avroluq fond yaradıb.

Avropa futbol təşkilatının üzv assosiasiyalara dəstəyi əvəlki illərlə müqayisədə 27 faiz artıb. Qurum 2024-cü ildən 2,6 milyard avroluq fond ayırmağı planlaşdırır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}