11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Avropa çempionatı: qadın cüdoçumuz finala yüksəlib
Tarix: 21-11-2020 17:48 | Bölmə: İdman
Avropa çempionatı: qadın cüdoçumuz finala yüksəlib

Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxıb.

Məlumata görə, onlardan 1-i qadınların, 4-ü kişilərin mübarizəsinə qatılıb.

Yeganə qadın cüdoçu İrina Kindzerska finala yüksəlib. 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyib. Həlledici görüşdə onun rəqibi fransalı Roman Dikko olacaq.

Kişi cüdoçulara gəldikdə, Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq türkiyəli Mixael Zqank və bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gələcəklər. 100 kq çəkidəki daha bir cüdoçu Elmar Qasımov 7-ci yerlə kifayətlənib. Uşangi Kokauri (+100 kq) isə elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}