"Arsenal" komandası "Real"ın futbolçusunu alır
Tarix: 22-01-2021 23:42 | Bölmə: İdman
"Arsenal" komandası "Real"ın futbolçusunu alır

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “topçular” “Real”dan Martin Ediqoru almağa hazırlaşır. 22 yaşlı yarımmüdafiəçi ilə yaxın saatlarda razılıq əldə olunacağı gözlənilir.

Madrid təmsilçisi isə norveçli oyunçunu yalnız icarəyə vermək istəyir.

Qeyd edək ki, Ediqor bu mövsüm 7 matça çıxıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}