“Qarabağ” braziliyalı qapıçı alır
Tarix: 15-02-2021 13:45 | Bölmə: İdman
“Qarabağ” braziliyalı qapıçı alır

Mövsümün sonunda heyətini gücləndirməyi planlaşdıran “Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Məlumata görə, Ağdam təmsilçisi qapı xəttinə axtardığı qapıçını Portuqaliyadan tapıb.

Azərbaycan çempionunun siyahısında olan qolkiper “Nasional” klubunun üzvü Daniel Martins Gimaraeşdir. Elita təmsilçisinin əsas qapıçısı sayılan 34 yaşlı braziliyalı mövsümün sonunda Azərbaycana köçə bilər. Onun “Nasional”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

ƏTRAFLI
Samsung Fürsəti
Qeyd edək ki, 2017-ci ildən “Nasional”ın formasını geyinən Daniel Gimaraeş cari mövsüm Premyer Liqada keçidiyi 14 oyunda qapısında 19 qol buraxıb.

ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}