17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Fənərbaxça"da ciddi itki: qapıçı yaşıl meydana çıxa bilməyəcək
Tarix: 17-04-2021 20:26 | Bölmə: İdman
"Fənərbaxça"da ciddi itki: qapıçı yaşıl meydana çıxa bilməyəcək

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Reyting.az
xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb. Məlumata görə, qapıçı Altay Bayındır zədələnib.

Ötən gün məşq zamanı əlindən ağır xəsarət alan 23 yaşlı qolkiper bu gün tibbi müayinədən keçib. Biləyində sınıq aşkarlanan oyunçunun yaxın günlərdə əməliyyat olunacağı açıqlanıb. Onun təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Gənc qolkiperin 4 oyunu Bakıda keçiriləcək Avropa çempionatını da buraxacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə millisinin və "Beşiktaş"ın hücumçusu Cenk Tosun zədələnərək, mövsümün vaxtından əvvəl başa vurub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}