Avropa çempionatı: Türkiyə İtaliyaya məğlub olub
Tarix: 12-06-2021 00:57 | Bölmə: İdman / Xəbərlər
Avropa çempionatı: Türkiyə İtaliyaya məğlub olub

Fitbol üzrə Avropa çempionatına start verilib.

Reyting.az
xəbər evrir ki, açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Niderlandlı referi Denni Makkelinin idarə etdiyi qarşılaşmanın ilk yarısında hesab açılmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənməyə müvəffəq olub. Növbəti hücumdan sonra Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapsına göndərib.

66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunda ilk turun digər oyunu iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə milliləri arasında olacaq. Görüş saat 17:00-da başlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}