14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Şahmatçılarımız dünya çempionatında: ermənilərlə qarşılaşma olacaq
Tarix: 27-09-2021 20:04 | Bölmə: İdman
Şahmatçılarımız dünya çempionatında: ermənilərlə qarşılaşma olacaq

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət millisi dünya çempionatında mübarizəyə başlayıb.

Reyting.az
xəbər verir ki, İspaniyanın Sidjes şəhərində təşkil olunan yarışda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət kollektiv iştirak edir. Komanda A qrupunda ilk görüşündə Hindistanla qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. İlk turda Z. Məmmədyarova istirahət edib.

Qeyd edək ki, Azərbaycan yığması 2-ci turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

1-ci tur


Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}