"Qarabağ" "Kayrat"a son dəqiqədə qalib gəlib
Tarix: 21-10-2021 22:37 | Bölmə: İdman / Xəbərlər
"Qarabağ" "Kayrat"a son dəqiqədə qalib gəlib

Bu gün "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda qarşılaşıblar.

Reyting.az
xəbər verir ki, oyunda hesabı qonaqlar açıb.

Belə ki, Joze Kante komandamızın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib - 0:1.

78-cu dəqiqədə Ramil Şeydayev hesabı bərabərləşdirib - 1:1

90+1-ci dəqiqə Abbas Hüseynov "Qarabağ"ın qələbə qolunu vurub - 2:1 

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}